Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik ordudur- ÖZƏL
16 Oktyabr 2024 15:30 Siyasət"Vətən müharibəsi başladığı gündən ən önəmli məntəqələrdən biri də məhz Füzuli rayonu idi. Bu ərazidə düşmənin illərlə hazırladığı müdafiə xətti vardı. Eyni zamanda ermənilər hücumun məhz buradan olacağını zənn edirdilər. Olduqca böyük qüvvə ilə müdafiə təşkil etmişdilər". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "Füzuli şəhərinin müdafiəsi olduqca möhkəmləndirilmiş müdafiə xətləri ilə təşkil edilmişdir. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur".