İlham Əliyev Zəfərimizi əbədiləşdirmək üçün mühüm addımlar atır- ÖZƏL
16 Oktyabr 2024 15:05 Siyasət"Dövlət başçısı İlham Əliyev Zəfərimizi əbədiləşdirmək üçün mühüm addımlar atır ki, bunlardan biri də işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. 17 oktyabr Füzuli Şəhəri Günüdür". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuli də dirçəliş dövrünü yaşayır. Füzuli tamamilə yenidən qurulur. Onu da qeyd edək ki, Füzuli azad edilmiş ərazilərimiz arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcək. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu reallığı diqqətə çatdırır ki, Füzuli azad olunanda Bayrağımızı ucaltmaq üçün hərbi hissədən başqa bir salamat bina tapa bilmədik. Hərbi hissənin həyətində dirəkdə Bayrağımızı ucaltdıq və buraya ilk dəfə gələndə adamın ürəyi ağrıyırdı. İnsan dəhşətə gəlirdi ki, bu dərəcədə düşmənçiliyin mənbəyi nədir?!"