Cənubi Qafqazın taleyi birmənalı şəkildə Azərbaycandan asılıdır- ÖZƏL

"Cənubi Qafqazın taleyi birinci növbədə birmənalı şəkildə Azərbaycandan asılıdır. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsi və real güc faktorudur. Azərbaycanın bu gün Cənubi Qafqazda real gücə çevrilməsi, öz liderlik mövqelərini gücləndirməsi beynəlxalq aləm tərəfindən də qəbul edilən və həmçinin hesablaşılan bir situasiyadır". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, Kobaxidze hakimiyyətə gəldikdən sonra Gürcüstanın Güney Qafqazda vacib söz sahibinə çevrildiyini görürük. Bu gün Gürcüstanda neoimperialist şəbəkələrə qarşı çox ciddi mübarizələr hökm sürür və xarici agentlər haqqında qanun layihəsi qəbul edildikdən sonra Gürcüstana qarşı basqılar daha da artmağa başlayıb. Bu baxından da hesab edirəm ki, Cənubi Qafqazda özəlliklə Ermənistan kimi təxribatçı və xaotik bir ölkənin vasitəsilə vəziyyəti gərginləşdirməyə çalışanlar bu gün situasiyanın daha da pisləşməsi, həmçinin Azərbaycan və Gürcüstan vasitəsilə bölgədə hansısa təzyiqlər etməyə çalışırlar. Bu təzyiqlərdə də məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bu gün  Azərbaycanın Gürcüstanın Cənubi Qafqazda milli vətənpərvər mövqelər nümayiş etdirməsi müəyyən Qərb dairələrini narahat edir. Ona görə də ölkələrimizə qarşı olmazın təxribatlar edirlər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31