COP29-un Azərbaycanda keçirilməsi İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir- ÖZƏL

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi məhz cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, xüsusilə də yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Bu istiqamətdə çox mühüm addımlar atılmaqdadır. Təbii ki, 15 oktyabr 2003-cü il Prezident seçkilərinin Azərbaycan tarixindəki rolu, cənab İlham Əliyevin 21 illik xidmətlərinin nəticələri barədə çox danışmaq olar. Düşünürəm ki, 21 il ərzində əldə olunan ən böyük qazanclarımızdan, uğurlarımızdan biri vətəndaş məmnunluğu, xalqın sevgisi və dəstəyidir. Bu gün Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşib. Dünyanın heç bir ölkəsində xalqlar ölkəmizdə olduğu qədər öz liderinə sadiq deyildir. Bu sevgi, bu dəstək yorulmaz fəaliyyətin, böyük zəhmətin, təmənnasız xidmətin nəticəsində mümkün olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31