Sözün, andın reallığa çevrildiyi gün- ÖZƏL

"15 oktyabr 2003-cü ildə Ulu Öndərin siyasi kursunun davamçısı kimi dövlət rəhbəri seçilən İlham Əliyev estafeti iki əsrin və minilliyin qovşağında qəbul etdi. Onun üçün ənənə və siyasi varislik möhkəm təməl, çoxvektorlu inkişaf, müasirləşdirmə və modernləşdirmə isə ali məqsəd idi". "Olaylar" xəbər verir ki, bunu YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov deyib: "İlham Əliyev ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq siyasi arenaya atıldı. Onun qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açılmışdı. Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün mənbəyində millilik, vətən və xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri dayansa da, həm də Qərb və Avropa modellərinə münasib intellekt möhkəm yer tuturdu. Məhz buna görədir ki, bu gün dünya siyasi arenasında baş verən hadisələri düzgün təhlil edərək müasir dövrün Lideri kimi çevik reaksiya verə, bütün kənar təsir və təzyiqləri soyuq məntiqlə neytrallaşdıra bilir. Prezident İlham Əliyevin 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışına nəzər salanda 20 il sonra onun verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq.  Ona görə də 15 oktyabr tarixi sözün, andın reallığa çevrildiyi gündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31