Üçrəngli bayrağımızın Xankəndində ucaldılan gündən bir il keçdi- ÖZƏL

"Azərbaycan prezidentinin üçrəngli  bayrağımızı  Xankəndində ucaltdığı gündən  bir il keçdi.2020-ci ilin 27 sentyabrdan  başlanan-şanlı zəfər yolunda 2023-cü ilin sentyabrının 19-20-də 23 saata yekunlaşan anti-terror əməliyyatı Azərbaycanın bütün əraziləri üzərində süverenliyini təmin etdi və oktyabrın 15-də üçrəngli bayrağımızın Xankəndi şəhərinin mərkəzi meydana sancilmasına yol açadı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib: "Xankəndində dalğalan  üçrəngli bayraq Azərbaycanın bütün ərazilərində süverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu, Azərbaycan ərazilərinin işğalına,xalqımzın iztirablarına göz yuman 30 illik beynəlxalq riyakarlığın aqibətini ifadə edir.
       Təəsüf ki, Azərbaycanın bu şanlı qələbəsini həzm edə bilməyənlər tərəfindən ölkəmizə qarşı həmin qəbildən olan riyakarlıqlar davam etməkdədir.Bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarına yeni nəfəs vermək cəhdləri  açıq-aydın görünür. Amma nədənsə görməməzliyə vurulur və unudulur ki, Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində yox,həm də onun havadarları,açıq və gizli dəstək verənləri üzərində də qələbə çalıb. Azərbaycan tarixinə möhtışım 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub.
       Həm də Azərbaycan öz ərazi bütövlüyü və süverenliyi uğrundakı bu savaşdan təkcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir bir güclü dövlət kimi çıxıb. Azərbaycan bu qələbəsi ilə regionda yeni realıqalar yaradıb və  daha geniş planda yeni reallıqlar yaratmada davam edir. Bu əsasda Azərbaycan həm  30 il işğal altında olub xarabazara çevrilmiş ərazilərilərimizı  əməkdaşlıq arenasına çevrirməklə, həm də  hibrid müharibənin digər müstvilərində də  uğurlu  hərəkıtini davam etdirmklə regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən güclü amil kimi özünü daha əsaslı şəkildə təsdiq etməkdə hədəflərə doğru irəliləyir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31