Kanakidə başlayan hadisələr gözlənilən idi - ÖZƏL
16 Oktyabr 2024 10:38 Siyasət"Fransa 21-ci əsrdə də öz müstəmləkə siyasətini həyata keçirməyə davam edir. Fransanın bu müstəmləkəçilik siyasətinə qarşı xalqlar səslərini ucaldırlar. Bilirik ki, bu xalqların ən təməl hüquqları belə Fransa tərəfindən pozulub".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Ona görə də Kanakidə başlayan hadisələr gözlənilən idi. Fransanın etdiyi bu qədər zülm, onlara qarşı olan kolonial münasibət əlbəttə ki, o xalqlar arasında narazıçılıq doğurdu. Hüquqlarını heç bir şəkildə əldə edə bilməyən insanlar küçə iğtişaşlarına başlamağa məcbur qalıblar. Dünya Fransanın etdiyi bu soyqırımları, kolonialist hadisələri görməzdən gəlməməlidir. Azadlıq, öz haqq-hüququnu tələb edən xalqlara bütün dünya dəstək olmalıdır".
Zeynəb Rzayeva