Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantıdır- ÖZƏL

"Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu ifadə edirlər. Cənubi Qafqaz regionunun lider dövləti olan, müasir dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. Digər tərəfdən isə Azərbaycan alternativ enerji ixracatçısı qismində çıxış edir. Ötən ildən etibarən bu istiqamətdə vacib işlər görülüb, bir sıra Avropa dövlətləri ilə müvafiq sazişlər imzalanıb. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialından da səmərəli istifadə olunacaq. Bir sözlə, bütün dünya Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31