Bu, Ermənistanın revanşizm siyasətinin yenidən dirilməsi faktıdır- ÖZƏL
15 Oktyabr 2024 14:44 Siyasət"Bu, uzun müddətdir Azərbaycanın qeyd etdiyi Ermənistanın revanşizm siyasətinin yenidən dirilməsi faktıdır. Əlbəttə, Azərbaycan tərəfini məcbur edir ki, preventiv davransın".

Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Kvazi ballistik raketlərin alınmasının hansı nəticələri doğuracağı 44 günlük müharibədən məlumdur. Azərbaycan tərəfi Ermənistanın açıq faktlarla müharibəyə hazırlıq məsələsinə adekvat addım atmaq məcburiyyətində qalır".
Zeynəb Rzayeva
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31