İlham Əliyev verdiyi bütün vədləri icra etdi- ÖZƏL

"Dövlət başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Bununla da verilən bütün vədlər, qarşıya qoyulan vəzifələr icra edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Xalqımız daim bu arzu ilə yaşayırdı: Azərbaycan Bayrağı Qarabağda, Şuşada, Xankəndidə dalğalansın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın. Bu arzunun reallığa çevriləcəyi heç kəsdə şübhə doğurmurdu.  Çünki müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə elə möhkəm təməl yaratmışdır ki, Prezident İlham Əliyev bu siyasəti layiqincə davam etdirərək Azərbaycanı zirvələrə ucaldır, zəfərlərdən-zəfərlərə aparır. Cənab İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində qeyd edib: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və Qurani-Kərimə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31