Gürcüstanda parlament seçkilərində neçə azərbaycanlı mübarizə aparacaq?
15 Oktyabr 2024 14:36 SiyasətGürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 13 nəfər azərbaycanlı namizəd mübarizə aparacaq.
Olaylar xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Bildirilib ki, onlardan ikisi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan", bir nəfəri isə "Dəyişikliklər Uğrunda Koalisiya" partiyalarını təmsil edir.
Digər namizədlər isə "Vahid Milli Hərəkat" (2 nəfər), "Güclü Gürcüstan" (1 nəfər), "Vəhdət və İnkişaf" (4 nəfər) və "Bizim Birləşmiş Gürcüstan" (3 nəfər) partiyaları tərəfindən irəli sürülüb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31