Qazaxıstan bundan sonra da Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır - Tokayev
15 Oktyabr 2024 13:10 SiyasətQazaxıstan bundan sonra da Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.
Olaylar Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan prezidenti Vaaqn Xaçaturyanı Astanada qəbul edərkən deyib.
"Kasım-Jomart Tokayev Qazaxıstan tərəfinin bundan sonra da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Almatı platformasını təmin etməyə hazır olduğunu təsdiqləyib", - deyə Akordanın məlumatında deyilir.
Xatırladaq ki, mayın 10-u Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar baş tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31