“Miatsum” xəstəliyinə tutulmuş ermənilər üçün tarixin daha ironiya- ÖZƏL

"Hazırda Xocalıda bayrağımızın dalğalanması "miatsum" xəstəliyinə tutulmuş ermənilər üçün tarixin daha bir ironiyasıdır". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə burada azərbaycanlılara qarşı soyqırım törətdilər. Şəhər bir neçə saatın içində tamam məhv edildi, uşaqlara, qadınlara, qocalara belə aman verilmədi. Xocalı yarası hər bir azərbaycanlının qəlbini göynədir, qaysaq bağlamırdı. Prezident İlham Əliyev 15 oktyabrda Xocalıda da üçrəngli bayrağımızı ucaltdıqdan sonra soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhları rahatlıq tapdı. Artıq bu torpaqlara həyat qayıdıb. İnsanlar doğma yurdlarına dönürlər. Bütün bunlar tarixi anlardır. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz bundan sonra da yeni-yeni nailiyyətlər, zəfərlər qazanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31