Pezeşkian etirafına uyğun addımlar atmalıdır- ÖZƏL
15 Oktyabr 2024 12:34 Siyasət"Hesab edirəm ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətlərlə bağlı verdiyi açıqlamalar sadəcə olaraq indiki dövrdə İran Azərbaycan münasibətlərinin gələcək ruhu baxımından müəyyən pozitiv xarakterli ola bilər. Amma praktiki olaraq bu gün İranda ayrı-ayrı strukturların üzvləri, rəsmiləri Azərbaycan əleyhinə təəssüflər olsun ki, informasiya təxribatlarını bir an olsun belə dayandırmırlar və bu da nəticədə Azərbaycan-İran münasibətlərinə ciddi formada zərər vurur".
.jpg)
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Hələ də İran ərazisindən Azərbaycan əleyhinə dezinformasiya və feyk nyus hücumları aparan qüvvələr var və bu qüvvələrin ölkəmiz əleyhinə apardığı fəaliyyətlər Azərbaycan-İran münasibətlərinin həm bugünkü ruhuna, həm də bütövlükdə ölkələrarası münasibətlərin gələcəyinə çox ciddi formada zərbə vurur.
Bu baxımdan hesab edirəm ki, İran prezidenti etirafına uyğun olaraq daha praktiki addımlar atmalıdır. Antiazərbaycan qüvvələrə qarşı daha ciddi müqavimət göstərməlidir və Azərbaycan-İran münasibətlərində yaranmış problemləri aradan qaldırmalıdır".
Zeynəb Rzayeva