Ermənistan Xankəndini separatizm yuvasına çevirmişdi- ÖZƏL

"Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaltdı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Həmin gün dövlətimizin başçısı Xankəndi şəhərində bayrağımızı ucaltdıqdan sonra Azərbaycan xalqına tarixi müraciət etdi. Cənab Prezidentin müraciətində dediyi kimi, Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Fatma Yıldırım qeyd edib ki, Ermənistan Xankəndi şəhərimizi 30 il ərzində sözün əsl mənasında separatizm yuvasına çevirmişdi: "Burada qanunsuz "prezident", "parlament" seçkiləri keçirilir, hansısa vəzifələr təsis edilir və Azərbaycan əleyhinə bəyanatlar səsləndirilirdi. Xankəndidə yuva salan separatçılar o qədər azğınlaşmışdılar ki, onlar Bakıya tanklarla gələcəklərini bildirirdilər. Bəli, onlar Bakıya gəldilər, daha doğrusu gətirildilər. Onlar Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31