İlham Əliyev Xankəndidə bayrağımızın ucaldılmasının sevincini bizlərə yaşatdı- ÖZƏL
15 Oktyabr 2024 11:05 Siyasət"Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, ötən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirdi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün Qarabağda suverenliyimiz tam bərpa edilib. Eyni zamanda, separatçı rejimin kökü kəsilib: "Oktyabrın 15-də Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərində Azərbaycanın üçrəngli bayrağının ucaldılmasınının bir ili tamam olur. Bu sevinci və qüruru xalqımıza Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yaşatdı. Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub".