Deputatlar Qərbi Azərbaycandan olan gənclərlə görüş keçiriblər-Özəl
15 Oktyabr 2024 10:23 SiyasətMilli Məclisin bir sıra deputatı Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib: "2024-2025-ci tədris ilində keçirilən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərərək Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü qazanan Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirdik. Görüş zamanı gənclərə Qərbi Azərbaycanın zəngin irsinin qorunub saxlanılması və bilik, bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı tövsiyələrimizi verdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31