Bu savaşın forma və növləri əvvəlki dövrlərdən fərqlənir- ÖZƏL

"Üçüncü Dünya müharibəsinin başlanması ilə bağlı müxtəlif fikirlər var. Bəzi ekspertlər hesab edirlər ki, faktiki olaraq bu gün dünyada baş verənlər dünya müharibəsidir və bu yeni, hibrid formada davam etməkdədir. Bəziləri hesab edir ki, Rusiya Ukrayna savaşı, nüvə silahlarından istifadəyə cəhd edilərsə, dünya savaşı baş verə bilər".


Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Yaxud Yaxın Şərqdə baş verənlər. Xüsusilə də İsrail İran qarşıdurmasını hesab edirlər ki, bu eskalasiya daha da genişlənər, daha geniş coğrafiyanı əhatə edərsə, o zaman Üçüncü Dünya müharibəsi başlaya bilər. Amma bütün hallarda dünyanın əsas böyük dövlətləri və gücləri tərəfindən bu məsələlərlə bağlı elə bir addımlar atılacaq ki, geniş mənada düşünülən klassik, Üçüncü Dünya müharibəsi baş verməsin. Amma dünyada baş verən proseslər kifayət qədər gərgindir və bu gərginlik hər an arta bilər, xüsusilə də nəzərə alsaq ki, bu savaşın artıq forma və növləri də əvvəlki dövrlərdən fərqlənir. Bu həm kiber təhlükəsizliyi sahəsində, eyni zamanda yeni texnologiyaların tətbiqi, iqtisadi maraqlar uğrunda mübarizə və o cümlədən digər istiqamətlərdə aparılan rəqabətdir ki, bunlar hamısı klassik mənada Üçüncü Dünya savaşını tədiqləyən hadisələrdir deyə bilərik. Amma mən düşünürəm ki, klassik və böyük anlamda yaxın dövr üçün Üçüncü Dünya savaşı baş verməz".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31