Ermənilərin Qarabağda heç bir haqqı və hüququ yoxdur - ÖZƏL

"Ümumiyyətlə, düşünürəm ki, Ermənistan tərəfi artıq ermənilərin Qarabağa qayıtması məsələsini qapatmalıdır. Yəni bu haqda artıq danışmasalar, mənə elə gəlir məqsədəuyğun olar". 


Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Çünki qarşılıq olaraq biz də azərbaycanlıların Qərbi Azərbaycana qayıtması məsələsini gündəmə gətiririk və gətirəcəyik. Əslinə qalanda, ermənilər Dağlıq Qarabağa qayıtmaq hüququna malik deyil, çünki onlar orada gəlmə idilər. Azərbaycan torpaqlarını Rusiya işğal etdikdən sonra həmin ermənilərin əcdadlarını yavaş-yavaş mərhələ-mərhələ gətirib həm Qarabağa, həm də Qərbi Azərbaycan olan hazırkı Ermənistana yerləşdirdi. Yəni, əslinə qalanda, kiminsə harasa qayıtmasından söhbət gedirsə, bu, azərbaycanlıların, bütövlükdə türklərin Qərbi Azərbaycana qayıtması şəklində ola bilər. Ermənilərin isə Qarabağa heç bir haqqı və hüququ yoxdur. Dediyim kimi, onlar işğal edilmiş Azərbaycan torpaqlarına mərhələ-mərhələ Rusiya tərəfindən yerləşdiriliblər. İndi də haqq-ədalət bərpa olunub. Haqları, hüquqları çatmayan torpaqda yaşamalarına könüllü şəkildə son veriblər, sakitcə çəkilib gediblər. Mənə elə gəlir ki, məsələni burada qapatsalar özlərinin xeyrinə olacaq. Yox, əgər durub bizimlə yenə mübahisə etsələr, yenə də gəlib iddia etsələr ki, biz onlara nəsə verməliyik, onlar harasa qayıtmalıdır, onda qayıtmaqdırsa, əvvəlcə biz başlayacağıq azərbaycanlıların Qərbi Azərbaycana qayıtmasından. Onların da sayı, hazırda Qərbi Azərbaycan əsilli azərbaycanlıların da sayı, hələ təkcə Azərbaycan Respublikasında üç milyondan çoxdur. Ondan başqa, qardaş Türkiyədə bir neçə milyon Qərbi azərbaycanlı var. Qayıtmaqdırsa, qayıdaq. O zaman biz o üç milyonu bu Azərbaycan Respublikasından göndəririk Qərbi Azərbaycana, ermənilər də 50-60 min antiterror əməliyyatından sonra Qarabağdan çıxmış erməniləri göndərsinlər Qarabağa. Azərbaycan dövləti onları orada yerləşdirər. Hərçənd, bir daha deyirəm, onların ora qayıtmaq hüququ ümumiyyətlə, yoxdur. Çünki bir daha təkrarlayaq, erməniləri Qarabağa işğalçı Rusiya yerləşdirib və ona görə də onlar işğalçı kimi gəldiklərinə görə mütləq Azərbaycan torpaqlarını tərk etməli idilər və etdilər də. Yəni, dediyim kimi, qayıtmaqdan danışırıqsa, yalnız Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasından danışa bilərik. Amma Ermənistan prezidentinin bu məsələləri sülh müqaviləsindən sonra müzakirə etməklə bağlı ümidlərinə gəlincə, bir daha xüsusi vurğulayaq ki, məsələ nə qədər tez qapansa, bu, ermənilərin bir o qədər xeyrinə olar. Yəni nə sülh müqaviləsindən əvvəl, nə də sonra onlar bu müzakirəni açmasınlar, açarlarsa özlərinə ziyan edəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31