Nideraland parlamentinin sənədi Azərbaycana qarşı kampaniynın tərkib hissəsidir- ÖZƏL

"Bu gün kollektiv Qərb qədər bəyan etdikləri dəyərləri və prinsipləri çeynəyən ikincisi ilə rastlaşmaq qeyri-mümkündür. Bir yandan terrorizmə, separatizmə, işğalçılığa qarşı mübarizə apardıqlarını, ölkələrin suveren haqlarının müdafiəsini,  beynəlxalq hüququn aliliyinin dəstəklədiyini bəyan edirlər, digər tərəfdən isə lazım gəldikdə bunları ayaqlar altına atırlar. Öz məqsədləri naminə işğalçılığı, separatzimi, terroru təşviq edirlər". Bunu "Olaylar"a açıqlamasında deputat İlham Məmmədov deyib. Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin  Cənubi Qafqaz regionunda  yenidən vəziyyəti gərginləşdirmək üçün Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin erməni separatçı və terorçularını "erməni hərbi əsirləri" kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edirlər: "Bu da  Qərbin  bəyan etdiyi  prinsiplərə açıq hörmətsizlikdən başqa bir şey deyildir. Niderland Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi son sənəd də bu qəbildəndir. Nideraland parlamentinin bu sənədi Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı zamanı törətdiyi vəzhşilikləri, vandalizmi, hərbi cinayəti, soyqırımı, terrorizmi, xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamıdır. Ona görə də Niderland parlamenti Nümayəndələr Palatasının ölkəmizə qarşı növbəti ədalətsiz siyasi aksiya dərin ikrah  və nifrət hisis doğurur".
 Deputat onu da əlavə edib ki, Niderland parlamenti belə bir  sənədə qəbul etməzdən öncə öz  qanlı səhifələrlə dolu öz keçmiş tarixinə nəzər salsa yaxşı olardı: "Çünki Niderlandın Asiya, Afrika və Amerikada həyata keçirdiyi  müstəmləkəçilik  siyasəti nəticəsində törətdikləri qanlı hərbi cinayətlər dünyaya bəllidir.  Keçmiş tarixi başqa xalqlaırn qanına bulaşan bir dövlətin parlamentinin Azərbaycanın ədalətli mövqeyini müzakirə edib beynəlxalq hüquqa söykənən addımlarını mühakimə etməsi öz absurd bir düşüncədir.  Terrorçu, sepratçı isə Azərbaycan xalqına qarşı törətdiyi cinayətə görə, mühakimə olunub layiqli cəzasını alacaq və kimsənin buna şübhəsi olmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31