Azərbaycan önəmli təşəbbüslərin müəllifidir- ÖZƏL
14 Oktyabr 2024 16:06 Siyasət"Cənab İlham Əliyev iyirmi bir il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda bu vədi vermişdir ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə qaldırılacaq. Hər gün, hər saat bu müqəddəs məqsədə doğru getdik. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib:
"Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, Azərbaycanın iqtisadi imkanları artdı, dünya iqtisadi sisteminə inteqrasiya sürətləndi. 1994-cü il 20 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində imzalanan "Əsrin müqaviləsi"nin Azərbaycana qazandırdığı uğurlar göz qabağındadır. Ölkəmizin iqtisadi və siyasi mövqeyi möhkəmlənir. İqtisadi tərəqqi bütün sahələrdə davamlı uğurlara yol açdı. Müstəqiliyimizin qarantı olan Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artırılması istiqamətində mühüm addımlar atıldı. Bu gün qürurla qeyd edirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Şanlı ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı tarixi Zəfərlə, həmçinin ötən ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etməklə sübut etdi".