Xalq-ordu-iqtidar birliyi ilə Azərbaycan dünyada yeni bir nümunə yaratdı- ÖZƏL

"İyirmi bir il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı qarşıya bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə ucaldılacaq. Məhz Ali Baş Komandan tərəfindən verilən bu vədlərin hər biri ən yüksək səviyyədə yerinə yetirildi". "Olaylar" xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Xalq-ordu-iqtidar birliyi ilə Azərbaycan dünyada yeni bir nümunə yaratdı. Məhz ötən dövr ərzində dövlətimiz gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşımağa başladı. Bunun nəticəsində ötən illər ərzində Ermənistan-Azərbaycan, Qarabağ problemini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Ölkəmizin müstəqil güclü iqtisadiyyatı formalaşdı. Bu illər ərzində əldə edilmiş uğurlar Azərbaycanın bu günki reallığının açıq təzahürüdür. Torpaqlarımızın erməni işğalından azad edilməsi üçün güclü Silahlı Qüvvələr yaradıldı. Məhz bunun nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Eyni zamanda ötən il cəmi 23 saat davam edən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü göstərdi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Sözsüz ki, bu qələbələrdə Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi. Bu mənada Xankəndidə Azərbaycan bayrağının ucaldılması tariximizdə əbədi qalacaq. Bu tarixi gün ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyini böyük sevgi və təntənə ilə qeyd etdiyi, "Heydər Əliyev İli" çərçivəsində Onun görmüş olduğu misilsiz işlərin bir daha xatırlandığı bir ildə baş tutdu. Hər bir azərbaycanlının qəlbində yaşayan Ümummilli Liderin 100 illiyini Şuşada qeyd etmək böyük rəmzi məna daşıyırdı. Bu mənada Ulu Öndərin, şəhidlərimizin ruhu şaddır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31