Ermənistan bu prosesi də ləngidəcək...- ÖZƏL
14 Oktyabr 2024 12:23 Siyasət"Şübhəsiz ki, Paşinyanın belə bir açıqlama verməsi maraq doğurdu. Ancaq qeyd etmək lazımdır ki, Paşinyan əslində, Rusiya FTX qüvvələrinin monitorinqini nəzərdə tuturdu. Bura ruslar nəzarət etsin yox, rus qüvvələr burada monitorinq keçirə bilərlər deyib".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Açığı 1992-ci ildən bu yana Ermənistanın ərazisində rus qoşunları var və onların monitorinq keçirməyi Azərbaycanın maraqları ilə tam olaraq üst-üstə düşmür. Nəzarət hələ də Ermənistanda qalacaqsa, bizim üçün də, yolun təhlükəsizliyi üçün də xoşagəlməz hadisələrə səbəb ola bilər. Bunun üçün də Nikol Paşinyanın ilk olaraq bunu deməyi, sonra da mövqelərimizin üst-üstə düşməyi ilə bağlı açıqlamalar verməyi də gözləniləndir. Lakin Ermənistan hakimiyyəti avantüraya davam edəcək, bu prosesi də ləngidəcək".
Zeynəb Rzayeva