Azərbaycanı sıxmaqla Cənubi Qafqazda nə isə qazana bilməzlər- ÖZƏL

"Son zamanlar ABŞ tərəfindən Azərbaycana edilən basqının bir sıra səbəblərindən danışmaq olar. Amma burada ən əsas məqam ABŞ-nin bizdən istədiyi və ala bilmədiyi məsələlərdir. Ermənistanda qərbmeylli  Nikol Paşinyan iqtidarının formalaşmasından sonra  ABŞ və onun Qərbdəki müttəfiqləri Cənubi Qafqaz regionuna müdaxilə etməyə, burada öz təsir və varlıqlarını artırmağa çalışırlar". 



Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Necə ki, Gürcüstanda Mixail Saakaşvilli siyasəti uğursuz oldu, Ermənistanda da hələ ki, Nikol Paşinyan iqtidarı devrilməsə də bu istəkləri özünü tam olaraq özünü doğrultmur. Nəticə etibarilə Ermənistan və Gürcüstan Cənubi Qafqaz ölkələri olsalar da Cənubi Qafqazın əsas siyasi reallıqları və regional əhəmiyyəti Ermənistan və Gürcüstan Cənubi Qafqaz ölkələri olsalar da, Cənubi Qafqazın əsas siyasi reallıqları və əsas regional əhəmiyyətini öz üzərində cəmləşdirə bilmirlər. Belə olanda da Amerika və digər Qərb tərəfdaşları Cənubi Qafqazda əsas söz sahibi tərəflərə çevrilə bilmirlər. ABŞ  görür ki, burada  Azərbaycan, onun enerji resursları, tranzit əhəmiyyətininin istifadəsi, olmadan istəklərinə də nail ola bilməyəcəklər. Ona görə də ABŞ Azərbaycandan Cənubi Qafqazda onun əsas tərəfdaşı kimi çıxış etməsini, bir növ bir müttəfiqə çevrilməsini istəyir. Bu müttəfiqlik məsələsi elədir ki, bir ölkənin nə qədər çox müttəfiqlik olsa, o qədər yaxşıdır. Amma  Azərbaycan tərəfi də yaxşı anlayır ki, ABŞ ilə belə nizamsız müttəfiqlik və yaxud da onun bölgədəki əsas təsir mərkəzinə çevrilməsi gələcək üçün heç də yaxşı nəticələr vəd etmir. Ümumiyyətlə, Azərbaycan xarici siyasət etibarilə tam müstəqil siyasət aparır, istəmir ki, hər hansı bir xarici dövlətin təsir dairəsinə düşsün. İstəyir ki, özünün xarici siyasətini özü təyin etsin, özü öz maraqlarından, milli maraqlarından çıxış etsin və xarici siyasətini də məhz bu istiqamətdə qursun. Ona görə də ABŞ Azərbaycandan istədiyini ala bilmir. Ala bilmədikcə də Azərbaycana qarşı bir az daha tələbkar və təhdidkar siyasət yeritməyə başlayıb. Amma bu da sonsuz deyil. Bir müddət sonra Vaşinqtondan anlayacaqlar ki, Azərbaycana qarşı atılan bu addımlar əslində onların Cənubi Qafqazda mövqeyini, Azərbaycan kimi çoxtərəfli münasibətlər qurmağa maraqlı olan bir ölkə ilə əlaqələrini zəiflədir və təsir imkanlarını azaldır. Bir müddətdən sonra artıq Amerikanın Azərbaycan siyasi kursunun dəyişəcəyi mütləqdir. Azərbaycanla yenə əvvəlki qaydada dinc əməkdaşlıq şəraitində münasibətləri bərpa edəcəklər. Mənə elə gəlir ki, Azərbaycan siyasətində də artıq tələbkar və təhdidkar siyasətdən imtina edəcəklər. Bunu o tərzdə başa düşmək lazım deyil ki, bizdən qorxacaq, çəkinəcəklər. Xeyr, dünyanın ən güclü ölkəsidir, amma regional reallıqları nəzərə aldıqda özləri də başa düşəcəklər ki, Azərbaycanı sıxmaqla və yaxud da ki, antiazərbaycan cəbhədə yer almaqla Cənubi Qafqazda nə isə qazana bilməzlər və belə bir siyasi kurs onlara heç nə vəd etmir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31