Üçüncü Dünya müharibəsi riski artır- ÖZƏL
14 Oktyabr 2024 11:48 Siyasət"Hal-hazırda dünyada baş verən bir çox kataklizmlər Üçüncü Dünya müharibəsinin yaxınlaşdığını göstərir. Bu gün dünyanın ətrafında boz bir fon formalaşıbdır. Həll edilməyən konfliktlər, həll edilməsi mümkünsüz görünən problemlər var".
Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Təəssüflər olsun ki, bu problemləri həll etmək üçün dünya birliyi əlindən gələn tənzimləyici rolunu oynaya bilmir. Əksinə, vəziyyətin daha da gərginləşməyinə çalışır ki, bu da dövlətlərarası münasibətləri ciddi formada zədələməklə məşğuldur. Bu gün Yaxın Şərqdə Rusiya-Ukrayna cəbhəsində və dünyanın bir sıra areallarında çox ciddi toqquşmalar baş verir. Bunun da fonunda hər hansı irəliləyişlər, həmçinin problemin köklü şəkildə həll edilməsi ilə bağlı iradə yoxdur. Təbii ki, bu toqquşmalar da avtomatik olaraq Üçüncü Dünya müharibəsi riskinin get-gedə daha da yaxınlaşmasına səbəb olur".
Zeynəb Rzayeva