Əli Həsənovdon seçkilərlə bağlı yekun rəy
PA-şöbə müdiri ATƏT-in demokratik təisisatlar və insan haqları bürosunun müşahidə missiyasının prezident seçkisi ilə bağlı yekun rəyinə münasibət bildirib
11 Oktyabr 2013 15:20 SiyasətPrezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT-in demokratik təisisatlar və insan haqları bürosunun müşahidə missiyasının prezident seçkisi ilə bağlı yekun rəyinə münasibət bildirib. Əli Həsənov deyib ki, bu qurumun rəyi eyni seçki prosesini eyni şəraitdə izləmiş Avropa və digər beynəlxalq müşahidə missiyalarının rəyi ilə üst-üstə düşməyib.
Missiyanın pozuntularla bağlı açıqladığı rəy, hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir. Bu rəy olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürüdür.
Qurumun Azərbaycanda budəfəki seçki müşahidə missiyasının tərtib etdiyi subyektiv rəy, nəinki təkcə Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həmçinin ATƏT-in üzv ölkələr qarşısındakı tərəfsizlik, obyektivlik və kollegiallıq kimi öhdəliklərinə də ziddir.