AHİK sədri prezidenti təbrik etdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilir: "Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, dövlətimizin möhkəmlənməsi, xalqımızın firavanlığı naminə Sizə uzun ömür, cansağlığı və gərgin, şərəfli işinizdə uğurlar arzulayıram. Son prezident seçkisi bir daha göstərdi ki, ölkəmizdə demokratiya ardıcıllıqla bərqərar olur. Azərbaycan xalqı öz taleyini həll etməkdə tam müstəqildir. Kimi, nə üçün növbəti 5 ilə prezident seçməkdə müdrik qərarlar qəbul etmək iqtidarındadır". Məktubda daha sonra bildirilir ki, prezident seçkilərində, hələ ilkin məlumata görə, 80 faizdən çox seçici səsi toplamağınız Sizin vətənə, xalqa məhəbbətinizin, dövlətçiliyə sədaqətinizin halal bəhrəsidir: "Seçkilərin demokratik xarakterdə başa çatması Azərbaycana dünya dövlətləri tərəfindən göstərilən etimadı, onun beynəlxalq aləmdə nüfuzunu daha da artırdı. Mən tez-tez əhali arasında olur, işçilərlə söhbətlər aparıram. Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkəmizdə gedən abadlıq, tikinti işləri, həyata keçirilən irimiqyaslı infrastruktur layihələr, bölgələrin tarazlı inkişafı əhalimiz tərəfindən böyük sevinclə qarşılanır. Sizi bir daha bir milyon altı yüz min həmkarlar ittifaqı üzvü adından və şəxsən öz adımdan prezident seçkilərində qələbə çalmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirəm". OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00