Kommunustlər də İlham Əliyevi təbrik etdilər

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. AKP-dən "Olaylar"a verilən məlumata görə, məktubda bildirilir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 09 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında azad və demokratik şəraitdə keçirilmiş prezident seçkilərində seçicilərin əksər səsinin toplayaraq inamlı qələbə qazandığına görə Yeni Azərbaycan Partiyasının namizədi, İlham Heydər oğlu Əliyevi təbrik edir və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, xalqın maddi rifah halının yaxşılaşdırılmasına yönəlmiş gələcək fəaliyyətində ona uğurlar arzulayır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00