Ermənistan Müdafiə Nazirliyi: “Azərbaycanla əməkdaşlıq etməyə hazırıq”

"Ermənistan tərəfi sərhəddə baş verən hadisənin araşdırılması üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır" - Ermənistan müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanesiyan yerli mətbuata açıqlamasında belə deyib. Ovanesiya qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində itkin düşən Qazax sakininin axtarılması üçün erməni tərəfi hazır vəziyyətdədir: "Azərbaycan tərəfinin axtarışlar zamanı tam təhlükəsizliyi təmin ediləcək". Qeyd edək ki, 3 Azərbaycan vətəndaşı oktyabrın 6-da Ermənistan-Azərbaycan sərhədinə minalanmış əraziyə düşüblər. 35 yaşlı Vəzir Əliyev ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirildiyi halda 30 yaşlı Xəqani Məhərrəmov həyatını qurtarmağı bacarıb. 40 yaşlarında olan Əli Əliyevdən isə heç bir xəbər yoxdur. Hadisə şahidi X.Məhərrəmovun sözlərinə görə, Ə.Əliyev yaralı vəziyyətdə Ermənistan tərəfindədir. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00