Aleksandr İskəndəryan: “KTMT Dağlıq Qarabağ münaqişəsini həll edə bilər”

"Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması mümkün deyil, problem tədricən açılacaq" - Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan yerli mətbuata açıqlamasında belə deyib. İskəndəryan bildirib ki, regionda ikinci Ermənistan-Azərbaycan müharibəsinin başlanacağı inandırıcı deyil: "Münaqişənin həlli Gömrük Birliyindən yox, Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatından (KTMT) asılıdır. Həll prosesinin KTMT-ya yönəldilməsi müəyyən nəticələr ortaya qoya bilər. Təşkilat bu öhdəliyi üzərinə götürsə, daha yaxşı olardı". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00