QHT-lər etiraz edir
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı Azərbaycan xalqının iradəsinə qarşı hörmətsizlikdir
10 Oktyabr 2013 21:31 SiyasətQHT Əməkdaşlıq Alyansının ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyasının 9 oktyabr prezident seçkilərinə həsr edilən ilkin hesabatı ilə bağlı bəyanat yayıb. Bəyənatda bildirilir ki, QHT Əməkdaşlıq Alyansı 2013-cü il Prezident seçkilərinin uzunmüddətli müşahidəsini və eyni zamanda seçki günü "exit-poll"u həyata keçirən bir koalisiya kimi bildirir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyasının ilkin hesabatı Azərbaycan xalqının iradəsinə qarşı hörmətsizlikdir, qeyri-obyektivdir və qərəzlidir. 9 oktyabr Prezident seçkiləri azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçirilib. OLAYLAR