Müharibə veteranlarından prezidentə təbrik məktubu
10 Oktyabr 2013 18:42 SiyasətAzərbaycan Vətən Müharibəsi Veteranları Birliyi İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Birliyin sədri Füzuli Rzaquliyevin 64 minlik müharibə veteranı adından ünvanlanan təbrikində deyilir: "Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi adından Sizi inamlı və şəksiz qələbəniz münasibətiylə təbrik edirik. Allahdan Sizə can sağlığı və uzun ömür arzulayırıq. Biz müharibə veteranları Sizinlə fəxr edirik. Sizə hər zaman inanır və bundan sonra da inanacağıq. İnanırıq ki, apardığınız uğurlu siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olacaq. Bizlər də Ali Baş Komandan kimi Sizin döyüş əmrinizi gözləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00