Nursultan Nazarbayev İlham Əliyevi təbrik etdi

Qazaxıstan prezidenti ölkəmizin gələcək inkişafı naminə İlham Əliyevə prezidentlik fəaliyyətində uğurlar arzulayıb

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. ANS PRESS-in məlumatına görə, N. Nazarbayev dövlət başçısını prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik edib, ölkəmizin gələcək inkişafı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00