Millət vəkilindən prezidentə təbrik mesajı
10 Oktyabr 2013 17:23 SiyasətYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə İlham Əliyevi üçüncü dəfə prezident seçilməsi münasibətilə təbrik edib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili dövlət başçısına ünvanlamış olduğu təbriki öz facebook prifilində yerləşdirib. Təbrikdə qeyd edilir ki, cənab prezident bu möhtəşəm qələbəni özünün şəxsi nüfuzu, Azərbaycanın inkişafına yönəlik titanik fəaliyyəti və müasirliyi ilə qazandı. Onun 10 illik prezidentlik dövrü artıq tariximizə müstəqilliyimizin möhkəmlənməsi, insanlarımızın sosial rifahının möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzumuzun qalxması ilə tarixə yazıldı: "Ona səs verənlər ilk növbədə bu inkişaf xəttinin davam etdirilməsinə səs vermiş oldular. İnanırıq ki, cənab İlham Əliyevin növbəti prezidentlik dövrü Azərbaycana yeni-yeni uğurlar gətirəcək. Azərbaycan xalqı özünün gələcəyini "İlhamla irəli" siyasi xəttində görür".