Kreml narahatdır, ruslar sürətlə Şimali Qafqazı tərk edirlər
10 Oktyabr 2013 17:02 SiyasətKabardin-Balkar Respublikasının prezidenti Arsen Kanokov regiondan Rusiyanın daxilinə köç edən rusların geri qaytarılması üçün xüsusi proqramın hazırlandığını bildirib. "Kavkazki Uzel" məsələ barədə belə yazır: "Elbrus İdeyası Klubu"nun toplantısında iştirak edən Kanokov bu istiqamətdə aparılan işlərin davam etdiyini dedi. Kabardin prezidenti tərəfindən təqdim olunan proqrama rusların bütün fəaliyyət sahələrində işlə təmin olunması, ali məktəblərdə yüksək səviyyədə təhsil almalarına şəraitin yaradılması, mənzillərlə təmin edilməsi, Rusiya universitetlərindən yüksək qiymətlərlə təhsil alanlarla işçi müqaviləsinin bağlanması kimi imtiyazlar daxildir. 2010-cu ilin statistikasına əsasən Kabardin-Balkar əhalisinin 22.5%-ni ruslar təşkil edir. Slavyanların sürətlə Şimali Qafqazı tərk etməsi Rusiya rəhbərliyini narahat edən əsas problemlərdən biridir. Hətta 2011-ci ilin 5 iyulunda o vaxtki prezident Dmitri Medvedyev Nalçikdə olarkən Qafqazın bütün müsəlman din adamlarını rusların regiona qayıtmaları üçün kömək olmağa çağırdı". ("OLAYLAR" İA)