Almaniya Müşahidə Qrupu seçkilərin şəffaf keçirildiyi barədə bəyanat yayıb

Azərbaycanda keçirilən prezident seçkilərini izləyən müşahidəçilər arasında Almaniya Müşahidə Qrupu da yer alırdı. Qeyd edək ki, Almaniya Müşahidə Qrupu 36 üzvdən ibarətdir. Bu üzvlərə Avropa Parlamentinin deputatları, Alman Buntestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq parlamentarilər, Alman Federal Hökumətinin və Bavariya Əyalət Hökumətinin sabiq parlament üzvləri, eləcə də alman mətbuatının üzvləri daxildir. Alman nümayəndə heyəti müşahidə etmək üçün seçki məntəqələrini tam müstəqil seçir və və seçkiləri diqqətlə müşahidə ediblər. Heyət üzvlərinin xahişi əsasında seçkiqabağı müddətdə namizədlərin təşviqat üçün İctimai Televiziya və Radio kanalında bərabət efir vaxtı ilə təmin olunduğu təsdiq olunmuşdur.

Almaniya Müşahidə Qrupunun rəhbəri Eduard Lintnerin verdiyi məlumata görə, müşahidə apardıqları seçki məntəqələrində seçkilərin pozulması halları baş verməyib. Onun sözlərinə görə, seçicilər şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra onların təkrar səsverməsinin qarşısını almaq məqsədilə barmaqları mürəkkəblənmişdir. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs veriblər. Seçki bülletenləri şəffaf seçki qutusuna atılırdı.

Almaniya nümayəndə heyətinin rəhbəri qeyd edir ki, seçkilər Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə keçirilib. Azərbaycan bu seçkilərdə beynəlxalq demokratiya standartlarına doğru növbəti addım atmışdır("OLAYLAR" İA).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00