MSK sədri: ““Prezident seçkilərinin nəticələri de-fakto bəllidir”
10 Oktyabr 2013 16:56 SiyasətMərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurum adından prezident İlham Əliyevi təbrik edib. "Olaylar" xəbər verir ki, MSK sədri qeyd edib ki, səsvermənin nəticələrinə görə, prezident İlham Əliyev böyük səsçoxluğu ilə liderlik edir: "Prezident seçkilərinin nəticələri de-fakto bəllidir. Seçkiləri izləyən beynəlxalq təşkilatlar öz rəylərini bildiriblər, prezidentliyə namizədlər də İlham Əliyevi təbrik ediblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00