"The Guardian": "Həsən Ruhani 2013-cü il Nobel sülh mükafatına namizədlər siyahısında ilk yerdədir"

Böyük Britaniyada nəşr olunan "The Guardian" qəzeti 2013-cü il Nobel sülh mükafatının təqdimatı ərəfəsində sorğu keçirib. APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, İran prezidenti Həsən Ruhani Nobel sülh mükafatına layiq namizədlər siyahısında ilk sırada yer alıb.
H.Ruhani sorğunun başa çatmasına bir gün qalmış respondentlərin 53% səsini toplayıb, bu ilin əvvəlində "Taliban" terrorçularının hücumuna məruz qalmış Pakistan vətəndaşı Malala Yusifzi isə 25% səslə ikinci sırada yer alıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00