Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası seçki monitorinqini açıqladı
Azərbaycanın üç seçki məntəqəsində qurumun üç müşahidəçi qrupu monitorinq aparıb
10 Oktyabr 2013 16:26 SiyasətTürkdilli ölkələrin əməkdaşlıq Şurasının missiyası məntəqələrdə seçicilərə təzyiqlərin olmadığını bildirib. Bu barədə Türkdilli ölkələrin əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı Müstəqil Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında qeyd edib ki, Ağdamın işğal olunmayan ərazilərində yerləşən üç seçki məntəqəsində üç müşahidəçi qrupu monitorinq aparıb. Onun sözlərinə görə, missiya məntəqələrdə seçicilərə təzyiqlərin olmasını müşahidə etməyib. Akınçının sözlərinə görə, missiya prezidentliyə namizədlərin nümayəndələri ilə görüşmüş, söhbәt etmiş və heç bir pozuntu və şikayət qeyd olunmayıb. "Azərbaycanda keçirilən bu seçkilər texniki cəhətdən ən yaxşısı olub. Bundan başqa, qeyd etmək istərdim ki, Ağdam rayonunda yaşayan qaçqınların hər biri yaxşı şəraitdə yaşayır və yaşayış yerləri ilə təmin edimişdirlər," Akınçı qeyd edib.
Türkdilli ölkələrin əməkdaşlıq Şurasının nümayəndəsi həmçinin qeyd edib ki, məntəqələrdə müxtəlif missiya müşahidәçilәri var idi: "Biz MSK-ya seçkilәrin sərbəst, demokratik və yüksək səviyyədə keçirilməsi üçün gördükləri bütün işlərə görə təşəkkür edirik".
Türkdilli ölkələrin əməkdaşlıq şurasının layihələr direktoru Abzal Səfərbəyov öz növbəsində qeyd edib ki, missiyanın monitorinq apardığı məntəqələrdə təxminən günün yarısında seçicilərin təxminən 50 faizi səs verib. Onun sözlәrinә görə, missiya heç bir pozuntu müşahidə etmәyib.