Qırğızıstan azərbaycanlılarından İlham Əliyevə təbirk

Qırğızıstandakı Azərbaycan icmaları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu , "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyi,  Kara Baltadakı "Sodrujestvo" Cəmiyyəti, "Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi   və İssıkkuldakı "Xəzər" İctimai Birliyi Ilham Əliyevi növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik edib. Bu barədə "OLAYLAR"-a məlumat verən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, bu məqsədlə adıçəkilən təşkilatlar adından dövlət başçısına təbrik məktubu göndərilib. Təbrikdə qeyd edilir ki, Azərbaycanda   keçirilən prezident seçkiləri nəticəsində ən yüksək vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi öz adımızdan  və Qırğızıstanda yaşayan azərbaycanlılar adından  ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik: "Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir. Seçkilərin həmişəki kimi əmin-amanlıq və dinc şəraitdə uğurla keçməsindən böyük xoşbəxtlik duyduq. Nəticələrin  xalqımıza xeyirli-uğurlu  olmasını arzu edirik. Həmişə Zati-alilərinizin yanında olmaq   inamımız qətidir. Xalqımızın əmin-amanlığının və rifahının daimi olmasını diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00