Latviyalı deputat Azərbaycandakı seçki, Qarabağ və furbol haqda danışır - MÜSAHİBƏ

Latviyalı deputat Azərbaycanda seçkilər və başqa məsələlər haqqında

Prezident seçkiləri ərəfəsində ölkəmizdə səfərdə olmuş Latviya Seymninin deputatı, Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Roman Naudinş www.azeri.lv saytına müsahibəsində təəssüratlarını bölüşüb. Oktyabrın 9-da dərc olunan müsahibəni təqdim edirik.


Namizədlər çoxdur, lider - bir nəfərdir

- Azərbaycanda seçkilərlə bağlı fikirlərinizi bilmək istərdik?
- Azərbaycanda müxtəlif siyasi qüvvələr arasında mübarizə gedir. Bununla belə, prezident İlham Əliyevin nüfuzu çox böyükdür və bu şəraitdə başqa kiminsə seçkidə qalib gələ biləcəyini təsəvvür etmək çətindir. Avropa İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (The European Centre for Survey Research, UK) seçki öncəsi apardığı sorğunun nəticələri bunu deməyə əsas verirdi. Həmin sorğuda iştirak edənlərin 88,7 faizi öz səslərini Yeni Azərbaycan Partiyasından olan namizəd, indiki prezident İlham Əliyevə verəcəklərini bildirmişdi.


Neft gəlirləri - qeyri-neft sektorunun inkişafına yönəldilir

- Məlumdur ki, Azərbaycanda son illərdə iqtisadi inkişafın sürəti və miqyası əhəmiyyətli dərəcədə artıb. Lakin əksəriyyət hesab edir ki, bu, sırf çoxmilyardlıq neft gəlirləri sayəsində mümkün olub.
- Bəli, şübhəsiz ki, neft bumu ölkədəki iqtisadi dəyişikliklərə təsir göstərir. Bu, hər yerdə hiss edilir. Məsələn, dünyada ən hündür göydələnin Bakıda inşa olunması planlaşdırlır. "Azərbaycan" qülləsi Xəzərdəki süni adalar layihəsinin mərkəzi olacaqdır. 189 mərtəbə tikmək nəzərdə tutulur, hündürlüyü 1050 metrə çatacaq!
Əlbəttə, belə layihələr təkcə ən qabaqcıl texnologiyaların tətbiqi ilə yanaşı, həm də çox böyük xərc tələb edir. Yalnız ən varlı ölkələr belə layihələri maliyyələşdirmək imkanındadırlar. Amma bu, ölkənin bütün dünyada nüfuzunun artmasında mühüm rol oynayan parlaq bir görüntüdür. Məsələnin digər tərəfi də var - bu da sosial yönümlü əhatəli dövlət proqramlarıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda The Business Year jurnalına müsahibəsində bildirib ki, təbii sərvətlər iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, müasir döbrün tələblərinə cavab verən əqli və elmi potensialın yaradılması, davamlı inkişafın təmini üçün vasitə rolunu oynayır. Mahiyyətcə, "qara qızıl"ın insan kaipitalına çevrilməsi ideyası bu Cənubi Qafqaz respublikasında günün şüarı olub. Azərbaycan siyasətçiləri və sahibkarları ilə söhbətlərdən hiss etdim ki, onlar neft hasilatı ilə bağlı olmayan sahələrə necə böyük diqqət yetirirlər. Məncə, bu gün dövlətin informasiya-kommunikasiya texnologiyalarının inkişafını stimullaşdırması Azərbaycanın gələcəyi üçün çox əhəmiyyətlidir. Özü də bu sahəyə qoyulan sərmayə çox böyükdür. Məsələn, bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki kosmosa buraxılıb.
Ölkə üçün ənənəvi olan aqrar bölmə də unudulmayıb, turizm də fəal inkişaf etdirilir. Müasir texnoparkların yaradılmasına ciddi sərmayələr qoyulur.
Üminiyyətlə, son 10 ildə Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada liderdir. Bu dövrdə ölkədə ÜDM iki dəfə artıb! Hökumət neftdən gələn gəlirləri əhalinin yaşayışını yaxşılaşdırmağa yönəldir.

Bitməyən müharibə

- Azərbaycanda Dağlıq Qarabağ ətrafındakı vəziyyətə necə baxırlar?
- Təəssüf ki, qonşu ölkələr arasında uzun müddətdən bəri davam edən münaqişə hələ də tənzimlənməyib. Hər şeydən əvvəl, buna beynəlxalq aləmin ikili standartlarla yanaşması mane olur. BMT və digər çoxsaylı nüfuzlu beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü qəbul edirlər. Ancaq iş deklarativ bəyanatlardan o yana keşmir. Real düşünən digər siyasətçilər kimi məni də narahat edən odur ki, münaqişənin həll olunmaması təkcə Cənubi Qafqaz regionunda deyil, həm də ümumən Avropada sabitliyə ciddi maneə törədir.

- Hansı şəkildə?
- Azərbaycan və Ermənistan - Avropa Şurasının üzvləridir, hər ikisi Avropa İttifaqının Şərq tərəfdaşlığı öroqramına daxildir. Avropa İttifaqı onun şərq sərhədlərində çoxillik münaqişənin közərməsindən narahat olmalıdır. Əminəm ki, Qafqazda dincliyin və sabitliyin olmasında maraqlıdır. Axı bunsuz Şərq tərəfdaşlığı ideyasının gerçəkləşməsi mümkün deyildir. Qafqazda sabitlik, sülh və əməkdaşlıq isə, ilk növbədə, bu münaqişənin tənzimlənməsindən asılıdır. Üstəlik, bu gün Aİ ölkələri üçün enerji təchizatı yollarının etibarlılığı son dərəcə vacib məsələdir. Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir.
Təbii ki, Qarabağ münaqişəsi və milyonlarla qaçqın olmasaydı, Azərbaycanın inkişaf səviyyəsi daha yüksək olardı. Münaqişənin Ermaənistanən iqtisadiyyatına da güclü neqativ təsir göstərdiyinə də şübhəniz olmasın. Ən azı ona görə ki, bu ölkə Azərbaycanın başlatdığı və həyata keçirdiyi iri regional layihələrdən kənarda qalıb.

Futbola gedə bilmədim...

- Azrbaycanın iqtisadi uğurları, heç şübhəsiz, bu ölkənin dünyadakı nüfuzunu daha da artırır. Humanitar sahədə də bu özünü göstərirmi?
- Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və humanitar dialoqlarda mühüm rol oynayır. Belə ki, məşhur ictimai xadimlərin, o cümlədən Nobel mükafatı laureatlarının, keçmiş prezidentlərin iştirakı iilə Bakıda bu mövzularda beynəlxalq forumlar keçirilir.

- Bizimkilər də iştirak edirlərmi?
- Əlbəttə! Bu forumlarda Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberq də fəal iştirak edir. O, Azərbaycanda XXII əsrin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəzin həmsədri kimi tanınır. Əminəm ki, yer üzündə sülhün bərqərar olması naminə mədəniyyətlərin və sivilzasiyaların dialoqunun zəruriliyi barədə Nizami ideyaları heç vaxt indiki qədər aktual olmayıb. Avropa İttifaqının uzunmüddətli inkişafı üzrə ekspertlər qrupunun həmsədri kimi də Vayra Vike-Freyberq Azərbaycan - Latviya əlaqələrinin dərinləşməsinə, eyni zamanda, Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasına öz töhfəsini verir.

- Roman, bilirik ki, idmana böyük sevginiz var. Bakı "Neftçi"sinin oyuna baxmaq sizə müyəssər oldumu?
- Təəssüf ki, hər şeyə vaxt çatdıra bilmirsən. Mən Azərbaycanda cəmi bir neçə gün oldum. Amma bu müddətdə də gördüm ki, orada idmanın inkişafına necə böyük diqqət yetirilir. Bu ölkə, demək olar ki, hər il hansısa iri beynəlxalq idman formununa ev sahibliyi edir. Məsələn, 2011-ci ildə Bakı boks üzrə Dünya şempionatının paytaxtı olub. Ötən il, ümumilikdə, ölkədə "İdman ili" elan edilib. Bu ilin payızında Bakıda iri beynəlxalq sərgi - SportExpo 2013 keçiriləcəkdir. 2014-cü il bədii gimnastika üzrə Avropa Çempionatının keçirilməsi ilə əlamətdar olacaqdır. 2015-ci ildə orada Avropa oyunları təşkil ediləcək. 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası olacaq. 2017-ci ildə Bakı İslam oyunlarını qəbul edəcək. Bu günlardə isə UEFA Bakını 2020-ci ilin futbol üzrə Avropa Çümpionatını keçirməyə namizədliyini təsdiqləyib, yeri gəlmişkən, İrəvan da namizədlər arasındadır...


20 ilin dostluğu

- Latviya və Azərbaycan çox fərqli ölkələrdir. Ümumi məsələlərin həllində qarşılıqlı anlaşmaya əldə edilməsi həmişə mümkün olurmu?
- Ölkələrimiz arasında siyasi və ya iqtisadi sahələrdə hansısa aktual məsələlərlə bağlı kəskin diskussiyalar yarandığını xatırlamıram. Gələn il diplomatik əlaqələrimizin qurulmasının 20-ci ildönümünü qeyd edəcəyik. Ölkələrimiz beynəlxalq təşkilatlat çərçivəsində fəal əməkdaşlıq edirlər. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də səmərəli qarşılıqlı əlaqələrimiz vardır. Azərbaycan Prezidenti İlham Əliyev Avropaya inteqrasiya etmək səylərini açıq ifadə edib və biz Azərbaycanın islahatlarla bağlı səylərinin daha uğurla gerçəkləşməsi üçün bilik və təcrübəmizi təklif etməyə hazırıq. Latviya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllinə tərəfdardır və bu tezisi ölkəmizin rəhbərliyi dəfələrlə səsləndirmişdir.
Bizim əlaqələrimizin inkişafı üçün bütün zəruri şərtlər vardır. Azərbaycan, öz növbəsində, Latviyaya böyük maraq göstərir. Bu münasibətlərin məhsuldar olması üçün həm siyasi, həm də işgüzar əlaqələr lazımdır. Latviya - Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupu da iki ölkənin tərəfdaşlığının möhkəmlənməsinə öz töhfəsini verməyə hazırdır.

YALNIZ FAKTLAR

Son 8 il ərzində dövlətlərimizin başçıları səviyyəsində beş səfər baş tutub. 2013-cü ilin aprelində Latviya Prezidenti Andris Berznş Bakıda olub. İki ölkənin işgüzar dairələrinin iştirakı ilə müntəzəm olaraq biznes-forumlar keçirilir. Ölkələrimiz arasında iqtisadi sahədə müqavilə-hüquq bazası yaradılıb, 30-a yaxın sənəd imzalanıb. Bu gün Azərbaycanda 17 latış şirkəti, Latviyada isə 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir. Latviyada 2 minə yaxın azərbaycanlı yaşayır. Latviya Prezidenti yanında Azsaylı Millətlər üzrə Şurada azərbaycanlılar da təmsil olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00