“Azərbaycanda seçki prosesi Avropa standartlarına uyğun keçirilib”

Qustav Karbaxal: “Seçki zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb”

Oktyabrın 10-da Müstəqil Mətbuat Mərkəzində Latın Amerikası və Karib dənizi ölkələri Siyasi partiyaları Təşkilatının müşahidə missiyasının nümayəndələri 9 oktyabr prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçiriblər.
AzərTAc-ın  verdiyi məlumata görə, müşahidə missiyasının rəhbəri Qustav Karbaxal, Azərbaycanın qədim tarixə malik ölkə olduğunu deyib: "Bu ölkə son illərdə çox nüfuzlu beynəlxalq tədbirlərin iştirakçısı olub və çox böyük nailiyyətlər qazanıb".Missiyasının rəhbəri, 9 oktyabr prezident seçkilərində iki qrup şəklində müxtəlif seçki məntəqələrində prosesi izlədiklərini qeyd edib. O seçki məntəqələrində vətəndaşlara sərbəst şəkildə səs vermə hüququndan istifadə etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb və seçkilərin azad, demokratik və şəffaf keçirildiyini diqqətə çatdırıb.
Q.Karbaxal seçki prosesində qadınların və gənclərin fəal iştirakını yüksək qiymətləndirib: Bu, Azərbaycan vətəndaşlarının öz ölkələrini nə qədər sevmələrinin və Azərbaycanın gələcəyinə inandıqlarının bariz nümunəsidir. Azərbaycanda seçki prosesi Avropa standartlarına uyğun keçirilib, heç bir qanun pozuntusu qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00