Avropa İttifaqı və AŞPA Azərbaycanda prezident seçkisi ilə bağlı birgə bəyanat yaydılar

Azərbaycanda prezident seçkisi günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etmişik. Azərbaycan hökumətinin çox sayda beynəlxalq və yerli müşahidəçilərin seçkiləri izləməsinə imkan yaratması təqdirəlayiqdir. Prrezident seçkilərinin nəticələrinə dair keçirilən birifinqdə Avropa İttifaqı və AŞ PA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda belə qeyd olunub.
Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri Pino Alaççi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞ PA və Aİ nümayəndə heyətləri Azərbaycan höküməti tərəfindən dəvət olunub: "Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik."

Onun sözlərinə görə, seçki günündən öncə və secki günü seçki prosesləri dinc həyata keçirilib: "Azərbaycan hökumətinin texniki hazırlığını görməkdən məmnunuq. Səsvermə günü secki məntəqələrində seçicilərə təzyiq müşahidə etmədik. Seçki qanunvericiliyə uyğun olaraq polis nümayəndələri seçki məntəqələrində olmayıb. Buna baxmayaraq, seçki çərçivəsində müəyyən təkmilləşmələr aparmaq yaxşı olar. Əvvəlki seçkilərlə müqayisədə daha azad debatlar keçirilib. Müxalifətə seçkilər zamanı müəyyən fürsət və imkan pəncərəsi açılıb. Bu, gələcəkdə inkişaf etdirilməlidir. Bu seçki prosesi bir baslanğıcdir. Biz Azərbaycan hökumətini demokratiyaya doğru aparan yolu ciddi şəkildə inkişaf etdirməyə çağırırıq".

Mətbuat konfransında AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter də iştirak edib.

Yekun hesabatlar hər iki təşkilat tərəfindən gələcək həftələrdə çap olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00