Azərbaycandan ən uzaqda yerləşən seçki məntəqəsində prezident seçkiləri baş tutub

Oktyabrın 9-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda Azərbaycan Prezidenti Seçkiləri keçirilmişdir. Seçkilər bunun üçün Baş Konsulluqda yaradılmış 15 saylı Yasamal I seçki dairəsinin 46 saylı seçki məntəqəsində baş tutmuşdur. Bu məntəqə Azərbaycandan ən uzaq məsafədə yerləşən və seçkilərin ən son yekunlaşdığı seçki məntəqəsi olmuşdur. Los Anceles ilə Bakı arasında 12 saat zaman fərqinin olduğunu nəzərə alaraq, seçkilər burada Bakı vaxtı ilə oktyabrın 10-da səhər saat 07.00-da yekunlaşmışdır. Seçkilərdə Kaliforniyada və ABŞ-ın digər qərb ştatlarında daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşları iştirak etmişlər. Eləcə də, Argentina və Braziliyadan da Azərbaycan vətəndaşları Los Ancelesə gələrək, Baş Konsulluqda səs vermişlər.

Seçkilər normal şəraitdə keçirilmişdir.

Seçki məntəqəsində səsvermənin nəticələrinə əsasən, seçicilərin 84.3%-i İlham Heydər oğlu Əliyevə səs vermişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00