MSK: Azərbaycanda seçki məntəqələrinin 99,53 faizində bülletlenlər hesablanıb, İlham Əliyev 84,59 faiz səslə irəlidədir

Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı bütün dairə və məntəqələrdən nəticələr vaxtında daxil olub. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pəhanov  prezident seçkilərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.M.Pənahov deyib ki, bütün ölkəyə səpələnmiş məcburi köçkünlərin məntəqələri bütün ölkə ərazisində paylanılıb. Və bu məsələ yenə protokolların yığılmasında problem yaşadıb. Ölkənin rayonlarında məcburi köçkünlərin səs verdiyi 26 məntəqədən protokollar hələ də çatdırılmayıb.Beləliklə 5492 məntədən 5466 məntəqənin nəticələri müəyyənləşib. Bütün məntəqələrdə səsvermə baş tutub. Hesablamalara görə, İlham Əliyev 84,59 faizlə (3 118 287 səs) öndə gedir.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,54% (204 108 səs)
İqbal Ağazadə 2,38% (87 8447 səs)
Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs)
Zahid Oruc - 1,45% (53 352 səs)
İlyas İsmayılov - 1,07% (39 319 səs)
Araz Əlizadə - 0,86% (31 753 səs)
Fərəc Quliyev - 0,86% (31 570 səs)
Hafiz Hacıyev - 0,66% (24 254 səs)

Sərdar Məmmədov - 0,61% (22 568 səs)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00