İranlı müşahidəçi: "Seçki elə təşkil olunub ki, qanun pozuntusunun olması üçün şərait yoxdur"

Biz artıq 5-6 seçki məntəqəsində olmuşuq, müşahidələr aparmışıq və indiyə qədər müşahidələrimizdən əhalinin səhər saatlarından seçkilərdə aktiv iştirak etdiyinin şahidi olmuşuq. Bunu İranın Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçisi, İran-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Əhəd Qəzai Trend-ə deyib.
Qəzai deyib ki, indiyədək Azərbaycanda keçirilən bir neçə seçki prosesini müşahidəçi kimi izləyib: "Bu dəfəki seçkini o birilərdən fərqləndirən cəhətlərdən biri əhalinin hələ ilk saatlardan aktiv olaraq səsvermədə iştirak etməsidir".
O bildirib: "Seçkinin keçirilməsi prosesində nizam və intizamın olduğunu müşahidə etdim. Heç bir qanun pozuntusu ilə rastlaşmadıq. Seçki elə təşkil olunub ki, qanun pozuntusunun olması üçün şərait yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00