İstanbuldakı azərbaycanlılardan seçki fəallığı

İstanbulda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə prosesində iştirakını təmin etmək məqsədilə Azərbaycanın bu şəhərdəki Baş Konsulluğunun binasında seçki məntəqəsi qurulub. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Baş Konsulluqdakı seçki məntəqəsində həmçinin yaxın bölgələrdə yaşayan soydaşlarımız da səs verə biləcək.  Bildirilib ki, səsvermə prosesi zamanı yüksək fəallıq nümayiş olunub. Belə ki, Bursa, Ədirnə, Balıkəsir, İzmir, Sakarya, Adapazarı, Kütahya və dıgər vilayətlərdən İstanbula gələn vətəndaşlarımız Baş Konsulluqda yaradılan məntəqədə səs veriblər. Eyni zamanda Bolqarıstan, Rumıniya, Serbiya, Bosniya və Monteneqro, Yunanıstandan İstanbula səfər edən vətəndaşlarımız da Azərbaycanın İstanbul Baş Konsulluğuna müraciət edərək səsvermə hüququndan istifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00