Çin Xalq Respublikasındakı seçicilərimizin 18%-i artıq səs verib

Yerli vaxtla saat 12:00-dək 52 vətəndaşımız səsvermə hüququndan istifadə edib

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərindəki məntəqədə yerli vaxtla saat 12:00-dək seçicilərin 18 faizi səs verib.

Məntəqə seçki komissiyasından bildiriblər ki, saat 12:00-dək adları seçici siyahısında olan 52 vətəndaşımız səsvermə hüququndan istifadə edib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00