Şimal bölgəsində prezident seçkilərində yenilik
Bu il keçirilən seçkilərdə 10 kamera quraşdırılıb
9 Oktyabr 2013 11:13 Siyasət Ölkənin hər yerində olduğu kimi şimal bölgəsində də prezident seçkisi ilə bağlı səsvermə prosesi davam edir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda səsvermə ilə bağlı xüsusi canlanma müşahidə olunur.
Azərbaycanın şimal bölgəsinin 5 rayonunda 6 dairə seçki komissiyasının 358 seçki məntəqəsində keçirilən seçkiləri izləmək üçün 2806 yerli və xarici müşahidəçi qeydə alınıb.Şimal bölgəsində 46553 nəfər seçici var.Məntəqələrdən biri hərbi hissədədir. Ümumilikdə 662 yerli müşahidəçi iştirak edir ki, onlarda 65 nəfəri siyasi partiyalardandır. Bu seçkilərdə ilk dəfə olaraq şəffaflığı daha da qorumaq üçün məntəqələrdə vebkameralar quraşdırılıb və seçki prosesi izlənilir. Kameralar 10 məntəqə üzrə, 7-si kənd, 3-ü şəhər seçki məntəqələrində quraşdırılıb.Qeyd edək ki, 1-ci seçki məntəqəsində 1330, 2-ci seçki məntəqəsində 1340 seçici iştirak edəcək.