“Səsvermə prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlmədim”
9 Oktyabr 2013 11:07 SiyasətYeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Mərkəzi Seçki Komissiyasının məşvərət hüquqlu üzvü kimi Qaradağ rayonunun Ələt qəsəbəsində səhər saat 8-dən 10-dək səsvermə prosesini müşahidə edib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili 11 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində olub: "Bu müddət ərzində artıq 20 nəfər seçici səs vermişdi. Səsvermə prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlmədim. Seçicilərin sənədləri yoxlanır, barmaqlarına görünməyən rəng vurulur və bülleten almağa buraxılırdılar. Məntəqədə gizli səs vermək üçün bütün şərait yaradılıb: "Saat 8:22-də həmin dairənin 5 saylı məntəqəsində oldum. 1491 nəfər seçicidən artıq 32 nəfəri səs vermişdi. Qanun pozuntularına rast gəlmədim. Hər iki məntəqənin həyətində "exit-poll" həyata keçirilirdi".